10 avqust 2012 03:15

Premyer Liqa, 2-ci tur: Ağasəlim Mircavadovun proqnozu

Futbol üzrə Azərbaycan yığmasının və “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Ağasəlim Mircavadov azerisport.az sayına müsahibəsində Premyer Liqanın ikinci turunun oyunları ilə bağlı proqnozlarını açıqlayıb.

Xəzər Lənkəran – Kəpəz
Hesab edirəm ki, “Xəzər Lənkəran”ın uğur qazanmaq şansı daha çoxdu. Nəzərə alsaq ki, oyun bu komanda üçün doğma olan arenada keçiriləcək, buna şübhə etməmək olar. Həm də iddialı bir komanda üçün evdə xal itirmək olmaz. “Kəpəz”də isə hələ oyun lazımı səviyyədə deyil. Məncə bu görüşdə “Xəzər Lənkəran” qalib gələcək.
 
Bakı – Simurq
Futbolçularının səviyyəsi baxımından müqayisə etsək, “Bakı” Zaqatala klubundan daha güclüdü. Amma “Simurq” da ambisiyalı komandaya çevrilib. Hər halda mən “Bakı”nın qələbə qazanacağını daha real sayıram.
 
Qarabağ – Neftçi
“Qarabağ” çempionata pis başlamadı. “İnter”lə oyunda bir xal qazandı. Aydın məsələdi ki, “Neftçi” bir qədər yorğun olacaq. Lakin düşünmürəm ki, bu komanda ikinci heyətlə mübarizə aparsın. Biz gərgin mübarizənin şahidi olacağıq. Ona görə də heç-heçəyə üstünlük verirəm.
 
Qəbələ - İnter
Qəbələdə oynamaq həmişə ağır olub. Amma bu komandaların ilk oyunlarından sonra indi hansının qalib gələcəyini proqnozlaşdırmaq çətindi. Şanslar bərabərdi. Buna görə də heç-heçə olacağı qənaətindəyəm.
 
AZAL – Rəvan
AZAL ötən tur Sumqayıtda xal itirdi. Amma “təyyarəçilər”in həmin səhvləri qarşıdakı görüşlərdə təkrarlamayacaqlarını düşünürəm. AZAL qələbə qazanacaq.

Turan – Sumqayıt
Fikrimcə, tovuzlular doğma meydanda “Sumqayıt”dan qol buraxmazlar. Baxmayaraq ki, sumqayıtlılar bu yay heyətə yaxşı əl gəzdiriblər. Buna baxmayaraq, “Turan” Gəncədə qazandığı qələbədən sonra bu dəfə məğlub olmaz. Bu oyunda da onların qalib gələcəyini düşünürəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.