10 avqust 2012 15:32

“İnter və ya Newcastle ilə oyunlar futbolumuz üçün yaxşı reklam ola bilər”

Azərbaycan futbolunun veteranı İsgəndər Cavadov “Neftçi”nin Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri - (Inter, İtaliya), AZ Alkmaar (Hollandiya), APOEL (Kipr), Partizan (Serbiya), Newcastle (İngiltərə) – barədə fikirlərini bölüşüb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:

“İstənilən futbol azarkeşi üçün “Neftçi”nin İtaliya “İnter”i və ya İngiltərənin “Newcastle” klubu ilə oyunu maraqlı olardı. Məsələn, mən məmnuniyyətlə “Neftçi” – “İnter” matçını izlərdim. “İnter” bir müddət öncə Çempionlar Liqasını qazanıb. Belə bir klubla oynamaq futbolumuz üçün çox yaxşı bir reklam ola bilər. Çoxları bu oyunu televiziya vasitəsilə izləməyə çalışacaq. Eyni sözləri elə “Newcastle” haqda da demək olar. Rəqiblərin səviyyəsinə diqqət yetirsək, fikrimcə, “Neftçi” üçün ən münasib rəqib APOEL-di. Bununla heç də demək istəmirəm ki, “ağ-qaralar” üçün bu rəqib tamamilə keçiləsi komandadı. Sadəcə, İtaliya, İngiltərə nəhəngləri ilə müqayisədə bu, bizim üçün daha münasib rəqib sayılmalıdı. İstənilən halda “Neftçi”ni pley-off mərhələsində çətin qarşılaşmalar gözləyir”.
 
Qeyd edək ki, “Neftçi”nin rəqibi bu gün saat 16:30-da keçiriləcək püşkatmada müəyyənləşəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.