10 avqust 2012 03:24
Avropa Liqasının pley-off mərhələsinin bütün iştirakçıları müəyyənləşdi
Futbol üzrə UEFA Avropa Liqasında 2012-2013 mövsümünün pley-off mərhələsinin bütün iştirakçıların adları müəyyənləşib. Azerisport.az xəbər verir ki, qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirinin üçüncü təsnifat mərhələsində mübarizə aparan 58 klub ötən gecə növbəti mərhələyə 29 vəsiqənin taleyinə aydınlıq gətirdilər.
İki oyunun nəticəsinə əsasən güclü çıxan klublar aşağıdakılar oldular: Crvena Zvezda (Serbiya), Dinamo (Moskva, Rusiya), Horsens (Danimarka), Genk (Belçika), Athletic (İspaniya), Legia (Polşa), Rosenborg (Norveç), Tromse (Norveç), Twente (Hollandiya), APOEL (Kipr), Dila Gori (Gürcüstan), Young Boys (İsveçrə), Steaua (Buxarest, Rumıniya), Videoton (Macarıstan), AIK (İsveç), Zeta (Monteneqro), Sparta (Çexiya), Mura (Sloveniya), Anji (Rusiya), Viktoria (Çexiya), PAOK (Yunanıstan), Heerenveen (Hollandiya), Hannover (Almaniya), Bursaspor (Türkiyə), Olympique (Marsel, Fransa), Inter (İtaliya), Rapid (Vyana, Avstriya), Liverpool (İngiltərə), Maritimo (Portuqaliya).
Beləliklə, adı çəkilən 29 klub mübarizəyə məhz pley-off mərhələsindən başlayacaq 19 iştirakçı, eləcə də Çempionlar Liqasının üçüncü təsnifat mərhələsini məğlub başa vuran 14 komanda ilə birgə Avroliqanın qrup mərhələsinə 31 vəsiqənin taleyinə aydınlıq gətirəcəklər.
Mübarizəyə birbaşa bu mərhələdən başlayacaq klublar bunlardı: Sporting (Portuqaliya), CSKA (Moskva, Rusiya), PSV (Hollandiya), Bordeaux (Fransa), Stuttgart (Almaniya), Metallist (Ukrayna), AZ Alkmaar (Hollandiya), Hapoel (Təl-Əviv, İsrail), Lazio (İtaliya), Trabzonspor (Türkiyə), Newcastle (İngiltərə), Levante (İspaniya), Dnepr (Ukrayna), Dinamo (Buxarest, Rumıniya), Atromitos (Yunanıstan), Hearts (Şotlandiya), Midtjylland (Şotlandiya), Lokeren (Belçika), Luzern (İsveçrə).
Çempionlar Liqasının üçüncü təsnifat mərhələsindən gələn klublar isə bunlardı: Feyenoord (Hollandiya), Debrecen (Macarıstan), Dudelange (Lüksemburq), NEFTÇİ (AZƏRBAYCAN), Slask (Polşa), HJK (Finlandiya), Slovan (Çexiya), Ekranas (Litva), Molde (Norveç), Vaslui (Rumıniya), Brugge (Belçika), Motherwell (Şotlandiya), Şerif (Moldova), Partizan (Serbiya).
Qeyd edək ki, Avroliqanın pley-off mərhələsinin püşkatma mərasimi bu gün - avqustun 10-da keçiriləcək. Bu mərhələnin oyunları isə 23-30 avqust tarixlərində keçiriləcək.
