10 avqust 2012 16:02
Daha bir oyunun keçirilmə yeri və başlama vaxtı müəyyənləşdi
DÇ-2014-ün seçmə mərhələsində millimizin mübarizə aparacağı F qrupunda daha bir oyunun keçiriləcəyi stadion və qarşılaşmanın başlanma vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu, İsrail - Lüksemburq oyunudu.
Beləliklə, sözügedən ölkə yığmaları arasındakı oyun oktyabrın 16-da, yerli vaxtla saat 20:00-da, Ramat Qan şəhərindəki eyniadlı stadionda keçiriləcək.
