10 avqust 2012 16:28
“Azərbaycanda demək olar ki, hər oyunda qol vururdum”
AZAL-ın sabiq futbolçusu Georgi Boqyu Azərbaycan klubunda keçirdiyi günləri xatırlayıb. Azerisport.az xəbər verir ki, moldovalı futbolçu ölkəsindən olan jurnalistlərlə söhbətində bunları dilə gətirib:
“AZAL-la müqaviləmin müddəti 2 il müddətinə nəzərdə tutulmuşdu. Mən orda daha bir mövsüm çıxış etməliydim. Amma komandaya yeni baş məşqçi gəldi və o, 10-12 futbolçunu heyətdən kənarlaşdırdı. AZAL-dakı çıxışım uğurlu alındı. Demək olar ki, hər oyunda qol vururdum. Amma komandada güclü rəqabət var idi. Obyektiv olsaq, məndən də güclü hücumçu var idi. Məni ən çox əsəbləşdirən o oldu ki, klub mövsüm ərzində dörd məşqçi dəyişdi. Bu, komandanın çıxışına çox təsir göstərdi. Nəticədə də yeddinci olduq. Halbuki, hədəf ilk altı komanda arasında yer almaq idi. Hər məşqçi öz ideyasını, taktikasını yeritməyə çalışırdı. Bu üzdən də biz istədiyimiz oyunu göstərə bilmirdik”.