10 avqust 2012 16:45

Neftçi Kipr klubuna rəqib oldu (YENİLƏNİB)

Bu gün futbol üzrə UEFA Avropa Liqasında 2012-2013 mövsümünün pley-off mərhələsinin püşkatma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirinin qrup mərhələsinə vəsiqə uğrunda bir Azərbaycan klubu da mübarizə aparacaq.
 
Bu, son ölkə çempionu “Neftçi”di. Təmsilçimiz avrokuboklara Çempionlar Liqasının ikinci təsnifat mərhələsindən start vermişdi. Gürcüstan “Zestafoni”sini mübarizədən kənarlaşdıran (3:0, 2:2) ardından İsrailin “Hapoel” (Kiryat Şmona) klubuna məğlub oldu (0:4, 2:2) və indi mübarizəni Avroliqada davam etdirmək məcburiyyətində qalıb.
 
Qeyd edək ki, bu turnirin qrup mərhələsinə vəsiqə uğrunda “Neftçi” ilə yanaşı daha 61 klub mübarizə aparacaq. Bunların 29-u üçüncü təsnifat mərhələsinin qalibləridi. Qalan iştirakçılardan 19-u mübarizəyə məhz bu mərhələdən start verəcəklər. Daha 14 klub isə UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində məğlub olaraq, mübarizəni Avroliqada davam etdirmək hüququ qazananlardı. Hansı ki, Azərbaycan çempionu “Neftçi” də məhz sonuncu qrupa aiddi.
 
İsveçrənin Nyon şəhərində keçirilən püşkatma öncəsi iştirakçı klublar artıq səbətlərə də bölünmüşdülər. Gözlənildiyi kimi, Azərbaycan çempionu ən zəiflərin arasında – “səpələnməmişlər” səbətində yer almışdı. Bu isə o deməkdi ki, “Neftçi” özündən qat-qat güclü komandalara rəqib olacaqdı. “Ağ-qaralar”a rəqib olması gözlənilən yekun potensial rəqiblərin siyahısı isə belə idi: Inter (İtaliya), AZ Alkmaar (Hollandiya), APOEL (Kipr), Partizan (Serbiya), Newcastle (İngiltərə).
 
Lakin əvvəlki püşkatmalarda olduğu kimi, püşk bu dəfə də Azərbaycan çempionunun üzünə gülüb. Belə ki, püşkatma nəticəsində "Neftçi" APOEL-ə rəqib olub. Özü də komandamız yenə ilk oyununu səfərdə keçirəcək. Bu isə həlledici oyunu Bakıda keçirməyə imkan verir. Qeyd edək ki, Avroliqanın pley-off mərhələsinin oyunları 23-30 avqust tarixlərində keçiriləcək. "Neftçi" də öz oyunlarını müvafiq olaraq həmin tarixlərdə keçirəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.