10 avqust 2012 17:17
Tərlan Əhmədov: Neftçi APOEL-i keçib, Avroliqanın qrup mərhələsinə vəsiqə qazana bilər
Azərbaycan çempionu “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov Avropa Liqasının pley-off mərhələsindəki rəqibləri – Kipr APOEL-ini dəyərləndirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“APOEL yaxşı komandadı. Bu, potensial rəqiblərimiz arasında ən münasib variant idi. APOEL son dövrlərdə çox artırıb. Amma mənə elə gəlir ki, bu komandaya qarşı oynamaq olar. Biz Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazana bilərik”.

Qeyd edək ki, bu komandalar arasındakı ilk oyunda avqustun 23-də səfərdə, cavab görüşü isə 30-da Bakıda keçiriləcək.