10 avqust 2012 17:56
“Kamran Ağayevin yoxluğu Xəzər Lənkəranın oyununa təsir göstərməyəcək”
“Xəzər Lənkəran”ın müdafiəçisi Elnur Allahverdiyev Premyer Liqanın 2-ci turunun “Kəpəz”lə oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- “Kəpəz”lə oyun barədə nə deyə bilərsiz?
- “Kəpəz” ilk turda “Turan”a evdə uduzsa da, bizim bu komanda ilə oyunumuzun asan keçəcəyini düşünmürəm. Amma istənilən halda qələbə qazanmalı, 3 xalı təmin etməliyik. Çünki bu, doğma arenada keçirəcəyimiz ilk oyundu. Azarkeşlərimizi sevindirmək istəyirik.
- “Rəvan”la ilk oyundakı heç-heçəni necə qiymətləndirərdiniz?
- İlk oyunlar həmişə ağır olur. Bizə həm də avrokuboklardakı uğursuzluğu unutmaq lazımdı. Fikrimcə, hər şeyə rəğmən, “Rəvan”la oyunda qələbəyə layiq idik. Çoxlu hücumlar edirdik. Amma təəssüf ki, onların yalnız birindən yararlana bildik. Oyuna görə biz qələbə qazanmalıydıq. Öz səhvlərimizdən buna nail ola bilmədik.

- Rəqib təəccübləndirmədi?
- “Rəvan”dan yaxşı oyun gözləyirdim. Bu komanda baxımlı oyunu ilə tanınır. Amma oyuna görə biz onlardan güclü idik. Sadəcə, bu üstünlüyümüzü hesabda əks etdirə bilmədik. “Rəvan” bir xal qazandı, biz iki xal itirdik.

- Kamran Ağayevi çərçivədə əvəzləyən Orxan Sadıqlının çıxışı barədə nə deyə bilərsiz?
- Orxan gənc və perspektivli qapıçıdı. O, ilk oyunda yaxşı təsir bağışladı.

- Ağayevin komandadan getməsi təsirini göstərmir?
- Kamran əla qapıçıdı. Azərbaycan yığmasının əsas qolkiperidi. Mən ona karyerasında ancaq uğurlar arzulaya bilərəm. Ağayev kimi qapıçı hər kluba lazımdı. Amma futbolda əvəzolunmaz heç kim yoxdu. Hesab edirəm ki, Kamranın yoxluğu “Xəzər Lənkəran”ın oyununa təsir göstərməyəcək.