10 avqust 2012 18:08
Azərbaycan derbisi canlı yayımlanacaq
Sabah baş tutacaq Premyer Liqanın 2-ci turunun “Qarabağ” – “Neftçi” matçını canlı izləmək mümkün olacaq. Azerisport.az xəbər verir ki, PFL-in rəsmi saytı qarşılaşmanı canlı yayımlayacaq.
Qeyd edək ki, “Qarabağ” – “Neftçi” oyunu “Dalğa Arena”da keçiriləcək. Qarşılaşmanın start fiti saat 20:00-da çalınacaq.
