10 avqust 2012 18:34

Tərlan Əhmədov: Neftçi tarix yazacaq gücdədi

Azərbaycan çempionu “Neftçi”nin məşqçisi Tərlan Əhmədov Avropa Liqasının pley-off mərhələsinin püşkü atıldıqdan sonra azerisport.az saytının suallarının cavablandırıb və Kipr APOEL-ini keçmək şanslarından danışıb.
 
- Püşkün nəticəsi necədi?
- Düzünü deyim ki, püşkün nəticəsini sizdən eşidirəm. Əgər potensial rəqiblərimizin siyahısına baxsaq, APOEL bizim üçün tamamilə münasib rəqibdi. Çünki potensial rəqiblər arasında Milan “İnter”i, “Newcastle”, “Partizan” kimi klublar da var idi. Fikrimcə, kiprlilərə qarşı oynamaq olar. Bizim kifayət qədər vaxtımız var ki, onlar barədə ətraflı məlumat toplayaq və oyun üslublarını öyrənək. Maksimum çalışacağıq ki, istəyimizə nail olaq.
 
- Necə məlumat toplayacaqsız?
- Kimisə rəqibin oyununu izləməyə göndərəcəyik. Ola bilsin ki, lap elə özüm getdim. Onların son oyunlarının videoyazısını da izləmək istərdim. Əminəm ki, bu komandaya qarşı oynamaq olar. Hətta qalib də gəlmək olar.
 
- “Hapoel” (Kiryat Şmona, İsrail) uğursuzluğundan sonra komanda çox tənqid olunur...
- Mən azarkeşləri başa düşürəm. Biz də qrup mərhələsinə düşməyi çox istəyirik. Bunun üçün isə hamımızın bir olması lazımdı. Hazırlığa artıq indidən başlamaq lazımdı. Bizə “İnter” düşməyib ki, hər şeydən əlimizi üzək. Bəli, APOEL ilə oyunlarımız çətin olacaq. Amma biz tarix yazacaq gücdəyik.
 
- Bu görüşlər öncəsi yeni transfer gözləməyə dəyər?
- Bu məsələni rəhbərlik səviyyəsində müzakirə edəcəyik. Biz bütün detalları müzakirə etməliyik. Yalnız bundan sonra yekun qərara gələcəyik.
 
- Sabah baş tutacaq “Qarabağ”la oyundan nə gözləyirsiz?
- “Qarabağ” “Neftçi”nin çempionluq yolundakı əsas rəqiblərindən biridi. Bu komandalar arasındakı oyunlar həmişə çempionatımızın bəzəyi olub. Biz ölkə çempionatına qələbə ilə başlamaq istəyirik. Buna görə də, güzəştsiz mübarizə olacağını deyə bilərəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.