10 avqust 2012 21:38
“Rəqib üstün olsa da, nəticəyə baxmaq lazımdı”
“Qəbələ”nin baş məşqçisi Fatih Kavlak Premyer Liqanın 2-ci turunun “İnter”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Qəbələ təmsilçisinin türkiyəli çalışdırıcısı 1:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“İnter” Azərbaycanın ən güclü komandalarındandı. Rəqib oyun boyu üstün olsa da, nəticəyə baxmaq lazımdı. Əlimizə düşən imkandan maksimum yararlandıq. Üç xalı qazandığımız üçün şadıq. “İnter”ə uğurlar arzulayıram”.
