10 avqust 2012 21:47
Georgi Çixradze: Nəticə ədalətli oldu
“Simurq”un baş məşqçisi Georgi Çixradze Premyer Liqanın 2-ci turunun “Bakı” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Zaqatala təmsilçisinin gürcü çalışdırıcısı 0:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
"Gərgin və maraqlı oyun oldu. Oyun hər iki komandanın qarşılıqlı hücumları şəraitində keçdi. Ancaq heç kim fərqlənə bilmədi. Oyunun sonlarına yaxın rəqib bizi qapımıza doğru sıxışdırsa da, hesabı qoruya bildik. Fikrimcə nəticə ədalətli oldu".
