10 avqust 2012 21:59
“Futbolçuların çoxlu top itirməsi oyuna təsir etdi”
“Bakı”nın baş məşqçisi Bojidar Bandoviç Premyer Liqanın 2-ci turunun “Simurq” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin serbiyalı çalışdırıcısı 0:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Simurq” yaxşı komandadı. İlk hissədə uzun ötürmələrdən istifadə edərək hücumlar təşkil etmək istədik. Xüsusən də sol cinahdan hücumlara üstünlük vermişdik. Lakin futbolçuların çoxlu top itirməsi oyuna təsir etdi. İkinci hissədə daha çox hücum etdik. Bir neçə qol imkanımız olsa da, yararlana bilmədik. Bu, bizim ilk oyunumuz idi. Qarşıdakı oyunlarda daha yaxşı nəticə göstərməyə çalışacağıq".
