10 avqust 2012 22:05
“4:0 hesabıyla qalib gəlsək də, komandamın oyunu xoşuma gəlmədi”
“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov Premyer Liqanın 2-ci turunun “Kəpəz”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Lənkəran təmsilçisinin çalışdırıcısı 4:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Bu gün 4:0 hesabıyla qələbə qazanmağımıza baxmayaraq komandamın oyunu o qədər də xoşuma gəlmədi. Bəzi səhvlər var və onun üzərində işləyəcəyik. Premyer Liqanın ilk oyununda da qələbə qazanmaq üçün meydana çıxmışdıq. Ancaq müəyyən səhvlərə görə buna nail ola bilmədik. Bu gün isə qalib gəldik. Gənc futbolçulara şans verdim. Onlar da özlərini yaxşı tərəfdən göstərə bildilər”.
