10 avqust 2012 22:21
“Müdafiədə buraxdığımız səhvlər ucbatından məğlub olduq”
“Kəpəz”in baş məşqçisi Fuad İsmayılov Premyer Liqanın 2-ci turunun “Xəzər Lənkəran” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, gəncəlilərin çalışdırıcısı 0:4 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Bu gün müdafiədə buraxdığımız səhvlər ucbatından məğlub olduq. Gələcək oyunlarda daha yaxşı oyun göstərməyə çalışacağıq. Azərbaycanın ən güclü komandalarından olan “Xəzər Lənkəran”a qarşı oynadıq. Onlara da gələcək qarşılaşmalarda uğurlar arzulayıram”.
