10 avqust 2012 11:12
Neftçidən transfer açıqlaması (FOTO)
"Neftçi" təcrübəli müdafiəçi Mahir Şükürovla müqavilə bağlayıb. Azerisport.az xəbər verir ki, artıq paytaxt klubu rəsmi saytı vasitəsilə bu barədə ictimaiyyəti də məlumatlandırıb.
Mahir Şükürov "Neftçi"də 22 nömrəli futbolkanı geyinəcək.
Xatırladaq ki, Mahirin “Neftçi”yə keçəcəyi ilə bağlı xəbərlər çoxdan gündəmdə idi. Amma bu keçid məhz Rail Məlikovun gedişindən sonra rəsmiləşdi.
