10 avqust 2012 11:23
"Neftçiyə gəldiyim üçün xoşbəxtəm”
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Mahir Şükürov “Neftçi”yə keçidi ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, paytaxt klubunun rəsmi saytına açıqlamasında bunları deyib:
"Neftçi"yə gəldiyim üçün xoşbəxtəm. Ölkənin ən titullu və köklü komandasında oynamaq hər bir futbolçunun istəyidi. Üstəlik "Neftçi" son iki mövsümdə çempionatın qızıl medallarına sahib olub və Azərbaycanı avrokuboklarda təmsil edir. "Neftçi" rəhbərliyinə və məşqçilər korpusuna minnətdaram ki, mənə etimad göstərib belə bir şansı veriblər. Komandama faydalı olmaq üçün əlimdən gələni edəcəm".
