10 avqust 2012 11:52

Edin Nuredinoski: Aqil Məmmədov mənə rəqib deyil

“Bakı”nın yeni qapıçısı Edin Nuredinoski Premyer Liqanın 2-ci turunun “Simurq”la oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
 
- Azərbaycandakı ilk oyununuzu “Simurq”a qarşı keçirəcəksiz. Bu komanda barədə nə bilirsiz?
- Elə də geniş informasiyam yoxdu. İstənilən halda ilk oyunlar həmişə ağır olur. Amma komanda mövsümə uğurla başlamalıdı. Artıq avrokubokları unutmalı və çempionata köklənməliyik. “Simurq”u mütləq məğlub etmək lazımdı. Komanda üçün mövsümə qələbə ilə start vermək çox vacibdi. Rəqib barədə isə yalnız oyundan sonra nəsə deyə bilərəm.
 
- “Neftçi” ilə ilk turun oyununun təxirə salınması sizin üçün yaxşı oldu, ya əksinə?
- Mənim üçün ilk oyunu hansı komandaya qarşı keçirməyin fərqi yox idi. Sadəcə, “Neftçi” Çempionlar Liqasında çıxış etdiyi üçün matçın təxirə salınmasını xahiş etdi. Ona görə indi mövsümə “Simurq”la oyunla start verməliyik.
 
- Siz bilirsiz ki, legionerləri daha çox tənqid olunan bir komandaya gəlmisiz?
- Gözəl başa düşürəm. Bu, normaldı. Əgər futbolçu pis oynayırsa, tənqid olunmalıdı. Bəli, komanda Avropa Liqasında Sloveniya “Mura”sını keçə bilmədi. Amma sonradan bu komanda növbəti sürprizlərə də imza atdı. Bunu da yaddan çıxarmaq olmaz.
 
- Sizin başqa kluba keçmək variantınız var idi?
- Bəli. Mənimlə Bolqarıstan, Rumıniya və İsveç klubları da maraqlanırdı. Amma gizlətmirəm ki, “Bakı”nın şərtləri daha yaxşı idi.

- Hansı planda?
- Elə hamısında. Burda söhbət yalnız maliyyət şərtlərindən getmir. Futbolçuya hər bir maddə önəmlidi.
 
- Yəqin ki, həm də komandada güclü rəqabətin olmaması sizin seçiminizə təsirsiz ötüşmədi...
- Belə deməzdim. Qapıda durmaq üçün rəqabət mövsümün sonuna kimi davam edəcək. Amma biz qapıçılar buna öyrəşmişik.

- Aqil Məmmədova ciddi rəqib gözü ilə baxırsız?
- Rəqib? Xeyr. Biz rəqib deyilik. Biz eyni komandada oynayırıq və eyni işi görürük. Sadəcə, baş məşqçiyə qapını kimə tapşırmaq üçün seçim aparmaq qalır. Biz həmkarıq və sadəcə heyətə düşmək üçün rəqabət aparırıq.
 
- Premyer Liqanın ilk oyunlarını yəqin ki, izləmisiz. Səviyyə barədə nə deyə bilərsiz?
- Heç də pis deyil. Bu barədə elə avrokuboklardakı oyunlara görə də mülahizə yürütmək olar. Məsələn, “Neftçi” Gürcüstan çempionuna qarşı çox yaxşı oynadı. Düzdü, İsrail təmsilçisi ilə görüş alınmadı. Amma bunu Avropa Liqasında unutdurmaq şansları qalır.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.