10 avqust 2012 12:48
Ruslar millimizi Lujnikidə qəbul etmək istəmədi
Futbol üzrə dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının Rusiya yığması ilə səfərdə keçirəcəyi oyunun stadionu və başlanma vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, qarşılaşma oktyabrın 16-da, yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə 20:00) Moskva şəhərindəki “Lokomotiv” stadionunda keçiriləcək.
Qeyd edək ki, “Lokomotiv” stadionunun azarkeş tutumu 28800 nəfərdi. Bu stadionda Moskva “Lokomotiv”i ev oyunlarını keçirir. Rusiya yığması isə əsasən ev oyunlarına “Lujniki”də çıxır.
