11 avqust 2012 12:53
Bakı Polşa yığmasına beş qol vurdu
Vitebskdə (Belarus) çimərlik futbolu üzrə beynəlxalq turnir keçirilir. Azerisport.az xəbər verir ki, sözügedən turnirdə Azərbaycan da təmsil olunur.
Belə ki, ölkəmizi “Bakı” klubu təmsil edir. Azərbaycan təmsilçisi ilk oyununu Polşa yığmasına qarşı keçirib. “Zolaqlılar” rəqib qapısından beş qol keçirsə də, sonda məğlubiyyətlə üzləşib – 5:7.
“Bakı” ikinci turda “Baltika” ilə üz-üzə gələcək.
