11 avqust 2012 13:17
Juventus və baş məşqçisinə daha bir şok!
İtaliya futbolunda danışılmış oyunlarla bağlı aparılan istintaqla bağlı növbəti qərarlar açıqlanıb. Azerisport.az xəbər verir ki, İtaliya Futbol Federasiyası (İFF) "Juventus"un baş məşqçisi Antoio Konteyə 10 aylıq cəza kəsib.
Qeyd edək ki, Kontenin adı danışılmış oyunlarda hallandığı üçün bir müddət öncə də cəzalanmışdı. Amma bu dəfə onun cəzası 10 aya qədər artırılıb. Onunla yanaşı "Juventus"un digər məşqçisi Alessioya da 8 aylıq cəza verilib.
"Lecce" və "Grosseto" klublarının prezidentləri Covanni Semeraro və Pyero Kammili 5 illiyinə cəzalandırılıb. Üstəlik həmin klublar B Seriyasına düşürülüblər. "Bologna" klubuna 30 min avro pul cəzası kəsildiyi halda, "Novara"nın 2 xalı əlindən alınıb.
Daha öncə istintaqa cəlb olunan Leonardo Bonuççi, Simone Pepe, Marko Di Vayo, Salvatore Masiello, Daniele Padelli və Cüzeppe Vivesin günahsız olduğu sübuta yetirilib və adı çəkilənlərin hamısı sərbəst buraxılıblar.
