11 avqust 2012 13:58

Muarem Muarem: Neftçiyə ancaq uğurlar arzulaya bilərəm

“Qarabağ”ın yarımmüdafiəçisi Muarem Muarem Premyer Liqanın 2-ci turunun “Neftçi” ilə oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
 
- “Neftçi” ilə oyundan nə gözləyirsiz?
- Ən yaxşısını. “Qarabağ” bu oyunda qələbə qazanmaq istəyir. Biz bunu edə bilərik.

- İlk turda “İnter”lə oyunda heç-heçəyə razılaşdınız. Sizcə, bu, iki xal itkisi oldu, yoxsa bir xal qazandınız?
- Nəzərə alsaq ki, biz hesabda öndə ola-ola qələbəni əldən verdik, bu, xal itkisi sayılmalıdı. Amma biz güclü rəqibə qarşı oynayırdıq. Onlar mövsümə bizdən tez başlamışdılar. Çünki Avropa Liqasında çıxış edirdilər. İndi Azərbaycanın avrokuboklardakı daha bir təmsilçisinə qarşı oynayacağıq. Amma bunda qorxulu heç nə görmürəm. Gec-tez hamı ilə oynamalıyıq.
 
- “Neftçi”nin “Hapoel” (Kiryat Şmona, İsrail) ilə oyundan sonrakı yorğunluğunu nəzərə alırsız?
- Düşünmürəm ki, onlar çox yorğundular. Əksinə, bu, onların daha da yaxşı formada olması anlamına gəlir. Yorğunluq mövsümün sonunda olur.
 
- “Neftçi”nin İsrail təmsilçisi ilə oyunlarına baxmısız?
- Bəs necə? Çox istəyirdim ki, “Neftçi” qələbə qazansın, mərhələ keçsin. Fikrimcə, “ağ-qaralar” buna qadir idilər. Kifayət qədər çoxlu qol vəziyyətləri yaradırdılar və sakitcə beş qol vura bilərdilər.

- Bəs bu komandanın Kipr APOEL-i ilə oyunlardakı şansları barədə nə deyə bilərsiz?
- İnanıram ki, kiprliləri keçərək Azərbaycan futbolunda yeni tarix yazacaqlar.
 
- Təəssüflənməyəcəksiz ki, həmin tarixi “Qarabağ” yazmır?
- Nəyə görə təəssüflənməliyik? Bizim taleyimiz öz əlimizdədi. Avrokuboklarda qrup mərhələsinə düşə bilməmişiksə, deməli daha çox çalışmaq lazımdı. Oxşar səhvləri bir daha buraxmamaq lazımdı. “Neftçi”yə isə ancaq uğurlar arzulaya bilərəm.
 
- Düşünmürsüz ki, “Qarabağ”ın hücum xəttində problemlər var?
- Bütün problemlər baş məşqçi Qurban Qurbanova yaxşı məlumdu. O, təcrübəli mütəxəssisdi və hər şeyi gözəl bilir. Əminəm ki, transfer pəncərəsi bağlanana kimi lazım olan oyunçuları heyətimizə qatacağıq. Sadəcə, bizim klub yeni alınan futbolçulara həmişə diqqətlə yanaşır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.