11 avqust 2012 15:05
Xəzər Lənkəran azarkeşləri bilet qiymətlərindən narazıdılar
“Xəzər Lənkəran” azarkeşləri sevimli komandalarının ev oyunlarına biletlərin qiymətlərindən narazıdılar. Azerisport.az xəbər verir ki, cənub klubunun rəhbərliyi bu mövsümdən biletlərin qiymətini artırıb.
Belə ki, Premyer Liqanın 2-ci turunda ilk ev oyunu çərçivəsində “Kəpəz”i qəbul edən “ağ-yaşıllar”ın azarkeşləri bu qarşılaşmaya biletləri 2 manata əldə ediblər. Məhz biletlərin baha olması səbəbindən cənublu fanatlar mövsümün ilk oyununda o qədər də fəallıq nümayiş etdirməyiblər. Halbuki, bu komandanın oyunlarına daha çox azarkeşin gəldiyini görmüşük.
Qeyd edək ki, ötən mövsüm “Xəzər Lənkəran”ın oyunlarına biletlər 1 manatdan satılırdı.
