11 avqust 2012 03:12
Galatasarayın Melo arzusu gerçəkləşdi
Türkiyənin “Galatasaray” klubu nəhayət ki, Felipe Melo arzusuna çatıb. Azerisport.az xəbər verir ki, “Cim-Bom” braziliyalı futbolçunun keçidini rəsmiləşdirib.
İtaliyanın “Juventus” klubuyla anlaşa bilməyən “Galatasaray” bu səbəbdən Melonun transfer hüququnu almayıb və onu yenidən mövsümün sonunadək icarəyə götürüb. Bu barədə klubun rəsmi saytı açıqlama yayıb.
Açıqlamada bildirilir ki, Melo gələcəkdə satın alma şərti ilə icarəyə götürülüb. Belə ki, Türkiyə klubu 2013-cü ilin 30 aprelinə qədər “Juventus”a 6,5 milyon avro ödəsə, futbolçunun transfer hüququna yiyələnəcək.
“Galatasaray” futbolçunun maaşını da açıqlayıb. O, bir mövsüm ərzində 2,9 milyon arvo maaş və 25 min avro matçbaşı alacaq. “Juventus”a isə icarə haqqı olaraq 1,75 milyon avro ödənəcək.
