11 avqust 2012 15:23
Azərbaycan derbisini Qarabağ qazanacaq
Azerisport.az daha bir sorğusuna yekun vurub. “Sizcə, Premyer Liqanın 2-ci turunun “Qarabağ” – “Neftçi” oyunu necə başa çatacaq” sualı ilə müraciət etdiyimiz futbolsevərlərin yekun rəyi ilə tanış olun.
Beləliklə, azarkeşlərin əksəriyyəti belə düşünür ki, bu görüşdə “Qarabağ” qalib gələcək. Respondentlərin 44 faizi (222 səs) məhz bu varianta səs veriblər.
“Neftçi”nin qələbə qazanacağını düşünənlər isə bir qədər azdı: 38 faiz (189 səs).
Yerdə qalan 18 faiz (92 səs) isə Azərbaycan derbisinin heç-heçə ilə bitəcəyi qənaətindədi.
