11 avqust 2012 15:54

Neftçinin növbəti rəqibini yaxından tanıyaq

Artıq Azərbaycan çempionu “Neftçi”nin avrokuboklarda tarix yazmaq yolundakı son rəqibi məlumdu. Azerisport.az xəbər verir ki, paytaxt klubu Avropa Liqasının pley-off mərhələsində qrupa vəsiqə uğrunda Cənubi Kiprin APOEL klubu ilə mübarizə aparacaq.
 
Tam adı “Athletikos Podosferikos Omilos Ellinon Lefkosias” olan klub 1926-cı ilin 8 noyabrında yaradılıb. 85 yaşlı APOEL Cənubi Kiprin Nikosiya (türk dilində Lefkoşa) şəhərini təmsil edir.
 
APOEL ev oyunlarını Nikosiyadakı GSP stadionunda keçirir. Arenanın azarkeş tutumu 22859 nəfərdi.
 
Komandanın baş məşqçisi İvan Yovanoviçdi. 50 yaşlı serb mütəxəssis 2008-ci ildən APOEL-ə başçılıq edir. O, 2003-2005-ci illərdə də bu komandaya başçılıq edib. Yovanoviç APOEL-dən başqa Yunanıstanın “Niki”, “İraklis” və “Panahaiki” klublarına da başçılıq edib.
 
“Neftçi”nin rəqibi ölkəsinin ən köklü klublarında biridi. Komanda tarixi ərzində 21 dəfə ölkə çempionu, 19 dəfə kubokun və 12 dəfə Super Kubokun qalibi olub. APOEL ötən mövsüm Cənubi Kipr çempionatının bürünc medallarını qazanıb.
 
1964-2012-ci illərdə komanda 34 dəfə avrokuboklara qatılıb. 2009-2010 mövsümündə Avropa Liqasının qrup mərhələsinə düşən “Neftçi”nin rəqibi “Chelsea”, “Porto” və “Atletico”dan geri qalaraq sonuncu olub.
 
APOEL avrokuboklarda ən uğurlu çıxışını ötən mövsüm edib. “Skenderbeu”, “Slovan” (Bratislava) və “Visla”nı üstələyərək Çempionlar Liqasının qrup mərhələsinə düşən komanda burda da uğurlu çıxış edib. Qrup mərhələsində “Zenit”, “Porto” və “Şaxtyor”u üstəyələyərək lider olan komanda 1/16 finalda Lion “Olympique”inə qənim kəsilib. Səfərdə uduzub (0:1) evdə udan (1:0) APOEL penalti seriyasında qələbəyə sevinib – 4:3. Onların yolunu 1/8 finalda “Real” kəsib. Cənubi Kiprdə Mardrid klubuna 0:3 hesabı ilə yenilən “Neftçi”nin rəqibi “Santyaqo Bernabeu”da “Real”a 2 qol vursa da, məğlubiyyətlə üzləşib – 2:5.
 
Komandanın düz 10 oyunçusu milli üzvüdü. Belə ki, Konstantin Çaralambides, Nektarios Aleksandrou, Marinos Satsias, Marios Elia, Efstatios Aloneftis, Atos Solomou, Tasos Kissas Cənubi Kipr, Səlim Benaçur Tunis, Mixail Klukovski Kanada, Fransisko Zuela isə Anqola yığmasına çağırılır.
 
APOEL-in heyətində Portuqaliyadan 4, Braziliyadan 3, Kanada, Xorvatiya, Argentina, Paraqvay, Tunis, Yunanıstan, İspaniya, Anqola və Belçikadan 1 legioner var.
 
APOEL bu mövsüm Avropa Liqasında mübarizəyə ikinci təsnifat mərhələsindən başlayıb. Komanda əvvəlcə Slovakiyanın “Senica” (2:0, 1:0), ardınca isə Norveçin “Aalesund” (2:1, 1:0) klublarını mübarizədən kənarlaşdırıb. Ümid edək ki, onların bu uğurlu seriyası “Neftçi”də dayanacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.