11 avqust 2012 16:31
PFL bir oyunun başlama saatını dəyişdi
Futbol üzrə Azərbaycan Premyer Liqasının 2-ci turunun AZAL - "Rəvan" qarşılaşmasının başlama vaxtı dəyişdirilib. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Məlumatda bildirilir ki, sözügedən oyun saat 18:30-da tart götürəcək. Halbuki öncədən qarşılaşmanın 18:00-da başlaması nəzərdə tutulmuşdu.
Premyer Liqa
2-ci tur
11 avqust (şənbə)
AZAL - Rəvan
Hakimlər: Elçin Məmmədov, Knyaz Əmiraslanov, Namiq Hüseynov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Gülağa Cabbarov
Bakı. AZAL Arena. 18:30.
