11 avqust 2012 20:48
“Oyundan da görünürdü ki, biz rəqibdən daha güclüyük”
“Sumqayıt”ın baş məşqçisi Bernard Raab Premyer Liqanın 2-ci turunun “Turan” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis 1:o hesabıyla qalib gəldikləri görüşdən sonra bunları dilə gətirib:
“Havanın isti olmasına baxmayaraq, çox gözəl oyun keçdi. Qarşılaşmanın böyük hissəsini 10 nəfərlə oynadıq. Buna baxmayaraq oyundan da görünürdü ki, biz rəqibdən daha güclüyük. Gözəl oyuna görə komandamı təbrik edirəm. Qarşıdakı oyunlarda bundan da yaxşı oynamağa çalışacağıq”.
