11 avqust 2012 21:06
“Belə oynamaq olmaz, ciddi tədbirlər görmək lazımdı”
“Turan”ın baş məşqçisi Əsgər Abdullayev Premyer Liqanın 2-ci turunun “Sumqayıt” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, tovuzluların çalışdırıcısı 0:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Oyun barədə heç nə deyə bilmərəm. Belə oynamaq olmaz. Bir oyunda qalib gəldikdən sonra eyforiyaya qapılmaq lazım deyil. Komanda verdiyim tapşırıqlara uyğun oynamadı. Ciddi tədbirlər görmək lazımdı”.
