11 avqust 2012 21:57
“Biz bu gün komanda şəklində güclü olduğumuzu göstərdik”
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov Premyer Liqanın 2-ci turunun “Rəvan” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, “təyyarəçilər”in çalışdırıcısı 3:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Bu gün gözəl oyunun şahidi olduq. Qələbə qazanmağımıza baxmayaraq “Rəvan”ın gözəl oynadığını deyə bilərəm. “Xəzər Lənkəran”a qarşı da yaxşı oynamışdılar. Biz bu gün komanda şəklində güclü olduğumuzu göstərdik. Mən bu gün meydanda sona kimi mübarizə aparan komanda gördüm. Bütün azarkeşlərimizi, AZAL rəhbərliyini, futbolçuları qələbə münasibətilə təbrik edirəm. Artıq bu oyun geridə qaldı, gələcək oyunlar haqqında fikirləşməliyik”.
