11 avqust 2012 22:01
“İkinci hissədə o qədər də yaxşı təsir bağışlamadıq”
“Rəvan”ın baş məşqçisi Cavad Gülər Premyer Liqanın 2-ci turunun AZAL ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin türkiyəli çalışdırıcısı 1:3 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“AZAL-ı qələbə münasibətilə təbrik edirəm. İlk hissədə komandamın oyunundan razı qalsam da, ikinci hissədə o qədər də yaxşı təsir bağışlamadıq. Gələcək oyunlarda daha yaxşı oynamağa çalışacağıq”.
