11 avqust 2012 22:38
Tərlan Əhmədov: Futbolçular tam bərpa olmamışdılar
“Neftçi”nin məşqçisi Tərlan Əhmədov Premyer Liqanın 2-ci turunun “Qarabağ” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı 0:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
"Bu oyundan iki gün öncə Çempionlar Liqasında oyunumuz olmuşdu və komandada yorğunluq hiss olunurdu. Süni meydançada oynamaq çətin idi. Futbolçular da tam bərpa olmamışdılar. Qol imkanlarımız olsa da, istifadə edə bilmədik. Çatışmamazlıqları aradan qaldırmağa çalışacağıq".
