11 avqust 2012 12:04

“İlk oyun olduğunu nəzərə alsaq, pis çıxış etmədik”

“Bakı”nın müdafiəçisi Denis İvanov Premyer Liqanın 2-ci turunun “Simurq”la oyunundan sonra azerisport.az saytının suallarını cavablandırıb.
 
- Mövsümdəki ilk oyununuzda qələbə qazana bilmədiniz...
- İlk oyunlar həmişə çətin olur. Bu görüş də istisna olmadı. Matç heç-heçə başa çatdı. Çünki ələ düşən qol epizodlarını dəyərləndirə bilmədik.

- Buna nə mane oldu ki? Axı rəqib də güclü deyildi...
- Fikrimcə, bizdə son ötürmələr alınmırdı. Hücumçuları daha yaxşı zərbə mövqeyinə çıxarmaq olardı. Amma rəqibin o qədər də güclü olmaması fikri ilə razı deyiləm. “Simurq” kifayət qədər təhlükəli və ciddi komandadı.

- İlk oyununuzu “Neftçi”yə qarşı keçirməliydiniz. Bu oyunun təxirə salınması xeyrinizə işlədi?
- Bu sualı məşqçilərə verməlisiz. Çünki əlavə hazırlıq həftəsini onlar qazandılar.
 
- Komandanızın oyunundan razısız?
- Bəli, oyunumuzu bəyəndim. Mövsümün ilk oyunu olduğunu nəzərə alsaq, pis çıxış etmədik. Biz hələ daha da artıracağıq.
 
- Startın uğurlu alınmaması mənfi təsir göstərməyəcək ki?
- Zaman göstərəcək. Ola bilər ki, hər şey təsrinə cərəyan etməyə başlasın və bu nəticə sonradan münasib sayılsın. Bir xal qazandıq və yolumuza davam edirik. Qarşıda hələ çox oyunumuz var. Ona görə də oturub bu heç-heçə barədə düşünməyə dəyməz.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.