12 avqust 2012 13:24
Azərbaycan təmsilçisi Belarusa qarşı
Vitebskdə (Belarus) təşkil olunan çimərlik futbolu üzrə beynəlxalq turnir davam edir. Azerisport.az xəbər verir ki, Azərbaycanı bu turnirdə “Bakı” klubu təmsil edir.
Paytaxt klubu artıq növbəti oyununu da keçirib. Təmsilçimiz “Baltika” üzərində 5:3 hesabıyla qalib gələrək, finala çıxıb.
Həlledici oyunda “Bakı” Belarus yığması ilə üz-üzə gələcək.
