12 avqust 2012 01:58
Çempiona yaraşmayan start
Ötən gün futbol üzrə Azərbaycan Premyer Liqasının 2-ci turuna yekun vuruldu. Azerisport.az xəbər verir ki, ikinci oyun günündə də üç matç baş tutdu.
Günə “Turan” – “Sumqayıt” oyunu ilə start verildi. İlk turda AZAL-la heç-heçə edən “Sumqayıt” səfərdə “Kəpəz”i udan “Turan”ın qonağı idi. Oyun qonaqlar üçün yaxşı başlamadı. Belə ki, 28-ci dəqiqədə Uğur Pamuk meydandan qovularaq “Sumqayıt”ı azlıqda qoydu. Lakin bu, Bernard Raabın yetirmələrini “sındırmadı” və qonaqlar əzmkar oyun sayəsində qələbə qazandılar. Belə ki, 58-ci dəqiqədə penalti qazanan sumqayıtlıların heyətində Ruslan Qurbanov topa dəqiq zərbə vuraraq komandasını 3 xala sevindirdi. Beləcə, Tovuz klubu gözlənilməz qələbəsinin ardından gözlənilmədən əsas rəqibinə məğlub oldu.
İkinci oyun “AZAL Arena”da baş tutdu. İlk turda “Sumqayıt”la heç-heçə edən AZAL “Xəzər Lənkəran”la sülh bağlamış “Rəvan”ı qəbul etdi. Oyuna fəal başlayan AZAL 4-cü dəqiqədə hesabı açdı. Fasilədən sonra beş dəqiqəyə iki qol vuran Zohair Benuahi fərqi üç topa çatdırdı. Yalnız bundan sonra özünə gələn “Rəvan” 76-cı dəqiqədə Varelanın qolu ilə fərqi azaltsa da, bundan artığına gücü çatmadı. Nəticədə, AZAL mövsümün ilk qələbəsini rəsmiləşdirdi. Ötən mövsümün sürpriz komandası olan “Rəvan” isə hələlik türkiyəli mütəxəssis Cevat Gülərin rəhbərliyi altında istədiyi nəticələri qazana bilmir.
Günün və turun son oyununda isə “Qarabağ”la “Neftçi” qarşılaşdı. Bütün çempionatların iştirakçısı olmuş komandaların oyunu “Dalğa Arena”da keçirildi. Turun mərkəzi oyununda gülən tərəf isə “Qarabağ” oldu.
Prinsipial matçın taleyini Qara Qarayevin 41-ci dəqiqədə vurduğu qol həll etdi. Beləcə, Ağdam təmsilçisi mövsümdə ilk qələbəsini qazanaraq, 4 xala malik “Xəzər Lənkəran”, AZAL, “Qəbələ” və “Sumqayıt”a şərik oldu.
Qeyd edək ki, bu, son Azərbaycan çempionu “Neftçi”nin yeni mövsümdə ilk oyunu idi. Lakin paytaxt təmsilçisi yeni mövsümə məğlubiyyətlə başladı. Xatırladaq ki, paytaxt klubunun ilk turda “Bakı” ilə matçı təxirə salınmışdı. Görünür, “ağ-qaralar” Çempionlar Liqasında İsrail “Hapoel”i ilə (Kiryat Şmona, İsrail) oyunlardakı uğursuzluqlardan hələ də özünə gələ bilməyib. Elə oyundan sonra bakılıların məşqçisi Tərlan Əhmədov da dolayısı ilə komandanın çempionata tam köklənmədiyini etiraf etdi. İndi “Qarabağ”a məğlubiyyətin Avropa Liqasının pley-off mərhələsində Kipr APOEL-i ilə oyunlarında “Neftçi”yə necə təsir edəcəyi az maraq doğurmur.
Xatırladaq ki, 2-ci turun üç oyunu bir gün öncə keçirilmişdi. “Xəzər Lənkəran” evdə “Kəpəz”i 4:0, “Qəbələ” “İnter”i 1:0 hesabı ilə yenmişdi. “Bakı” isə “Simurq”la xalları yarı bölmüşdü – 0:0.
Premyer Liqa
2-ci tur
11 avqust (şənbə)
TURAN - SUMQAYIT - 0:1 (0:0)
Qol: R.Qurbanov, 58-pen (0:1).
Sarı vərəqələr: Budaq Nəsirov, 37 (qeyri-idman hərəkəti), Qoqi Pipia, 43 (qeyri-idman hərəkəti), Mikayıl Rəhimov, 63 (qeyri-idman hərəkəti), Azər Məmmədov, 74 (qeyri-idman hərəkəti) - Məhəmməd Mirzəbəyov, 85 (hakimin icazəsi olmadan meydana daxil olduğuna görə), Slavik Alxasov,87 (qeyri-idman hərəkəti), Ruslan Qurbanov, 90+1 (hakimin qərarına etiraz).
Qırmızı vərəqə: Uğur Pamuk, 28 (ciddi qayda pozuntusu, rəqibə ayaqla zərbə).
Hakimlər: Elvin Əsgərov, Zeynal Zeynalov, Elşən Acalov, Tahir Əhmədov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Akif Məmmədov.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 4 dəq.
11 avqust 2012. Tovuz. Şəhər stadionu. 6000 tamaşaçı.
Turan: 28. Mikayıl Yusifov, 3. Ante Zuzak, 4. Levan Çxetiani, 6. Mikayıl Rəhimov, 7. Azər Məmmədov, 8. Budaq Nəsirov (18. Seymur Tağıyev, 46), 9. Murad Ağakişiyev, 10. Hafiz Əliyev (k), 11. Qoqi Pipia (19. Asəf Qədiri, 65), 17. Fərmayıl Əliyev (5. Çernışev Sergey, 60), 21. Antonio Rukavina.
Ehtiyat oyunçular: 27. Natiq Sərhətov, 2. Hüseyn İsgəndərov, 13. Bayram Kərimov, 15. Rəşad Piriyev.
Baş məşqçi: Əsgər Abdullayev.
Sumqayıt: 1. Səlahət Ağayev, 3. Aftandil Hacıyev, 22. Slavik Alxasov, 4. Samir Abbasov (k), 5. Murat Doymuş, 7. Fərcad-Azad Pərdis, 9. Orxan Əliyev (2.Atam Məhəmməd Əli, 31), 10. Ceyhun Sultanov (21. Məhəmməd Mirzəbəyov, 63), 13. Murad Ağayev (6. Tamer Taktak, 54), 76. Uğur Pamuk, 91. Ruslan Qurbanov.
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 17. Emin Cəfərquliyev, 27. Ramil Həşimzadə, 95. Murad Hüseynov.
Baş məşqçi: Bernhard Raab.
AZAL - RƏVAN - 3:1 (1:0)
Qollar: J.Nildo, 4 (1:0), Z.Benuahi, 68 (2:0), Z.Benuahi, 73 (3:0), X.Varela, 76 (3:1).
Sarı vərəqələr: Oskar Klyava, 11 (qeyri-idman hərəkəti), Cavid Tağıyev, 18 (qeyri-idman hərəkəti), Viktor İbekoyi, 82 (qeyri-idman hərəkəti), Andrius Veliçka, 90+3 (hakimin qərarına etiraz) - Hüseyn Axundov, 7 (qeyri-idman hərəkəti), Frensis Bosman, 32 (qeyri-idman hərəkəti), Miloş Zeçeviç, 49 (qeyri-idman hərəkəti), Amit Quluzadə, 65 (hakimin qərarına etiraz), Kristian Torres, 87 (qeyri-idman hərəkəti).
Hakimlər: Elçin Məmmədov, Knyaz Əmiraslanov, Namiq Hüseynov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Gülağa Cabbarov.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 4 dəq.
11 avqust 2012. Bakı. AZAL Arena. 2500 tamaşaçı.
AZAL: 1. Amil Ağacanov, 2. Xuan Fransisko, 3. Usim Nduka (k), 4. Xose Junior Aylton, 15. Oskar Klyava, 6. Taqim Novruzov (10. Tərlan Xəlilov, 79), 7. Cavid Tağıyev, 17. Viktor İbekoyi, 11. Zohair Benuahi (37. Andrius Veliçka, 90), 28. Artur Patraş (99. Orxan Həsənov, 90+2), 16. Junior Nildo.
Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 20. Branislav Arseniyeviç, 22. Ruslan Tağızadə, 24. Ruslan Zubkov.
Baş məşqçi: Vaqif Sadıqov.
Rəvan: 1. Lukaş Sapela, 3. Miloş Zeçeviç (k), 4. Ekrem Hodziç, 8. Tural Axundov, 13. Şəhriyar Rəhimov, 14. Xuan Manuel Varela, 17. Emin İbrahimov (28. Amit Quluzadə, 46), 18. Samuel Barlay, 19. Hüseyn Axundov (20. Kristian Torres, 70), 23. Sallieu Bundu, 26. Frensis Bosman (22. Tofiq Mikayılov, 46).
Ehtiyat oyunçular: 12. Davud Kərimi, 5. Nikolay Orlovski, 7. Elvin Musazadə, 16. Orxan Lalayev.
Baş məşqçi: Cevat Gülər.
QARABAĞ - NEFTÇİ - 1:0 (1:0)
Qol: Q.Qarayev, 41 (1:0).
Sarı vərəqələr: Vüqar Nadirov, 52 (qeyri-idman hərəkəti), Namiq Yusifov, 57 (qeyri-idman hərəkəti), Rauf Əliyev, 90 (qeyri-idman hərəkəti) - Kanales Nikolas, 72 (qeyri-idman hərəkəti), Bruno Bertuççi, 75 (qeyri-idman hərəkəti), Emin Mehdiyev, 78 (qeyri-idman hərəkəti).
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Anar Salmanov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Asim Xudiyev.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
11 avqust 2012. Bakı. Dalğa Arena. 800 tamaşaçı.
Qarabağ: 89. Miro Varvodiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. Namiq Yusifov, 10. Muarem Muarem (16. Elnur Abdulov, 90+3), 14. Rəşad Sadıqov (k), 17. Vüqar Nadirov (11. Rauf Əliyev, 78), 20. Riçard Almeyda, 22. Əfran İsmayılov (18. İlqar Qurbanov, 89), 24. Admir Teli, 25. Ansi Aqolli.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 3. Kamil Hüseynov, 4. Zaur Həşimov, 18. İlqar Qurbanov, 27. Bəxtiyar Soltanov.
Baş məşqçi: Qurban Qurbanov.
Neftçi: 30. Saşa Stamenkoviç, 3. Saşa Yunisoğlu, 6. Rəşad Sadiqov (k), 9. Flavinyo (17. Araz Abdullayev, 68), 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 19. Mirhüseyn Seyidov (25. Cavid İmamverdiyev, 63), 28. Emin Mehdiyev (22. Mahir Şükürov, 80), 32. Elvin Yunuszadə.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 4. Tərlan Quliyev, 8. Elşən Abdullayev, 26. Kərim Diniyev.
Məşqçi: Tərlan Əhmədov.
1
2
1
1
0
5-1
4
