12 avqust 2012 02:38
“Qol vuracağımı əvvəlcədən hiss etmişdim”
Futbol üzrə Azərbaycan Premyer Liqasının 2-ci turunda "Qəbələ" mövsümün ilk ev oyununda paytaxt təmsilçisi “İnter”i minimal hesabla məğlub etdi. Azerisport.az xəbər verir ki, komandaya 3 xalı gətirən yeganə qola "Qəbələ"də ikinci oyununu keçirən Lorival Assis imza atdı.
Qısa müddətdə heyətə uyğunlaşan braziliyalı matç sonrası açıqlamasında qol vuracağını öncədən hiss etdiyini deyib:
"Özümü çox xoşbəxt hiss edirəm. Gərgin və maraqlı oyun keçdi. "İnter"in güclü komanda olduğunu bilirdik. Ona görə də matça ciddi hazırlaşmışdıq. Hazırlığımızın nəticəsini də gördük. Sevinirəm ki, "Qəbələ"də qol hesabımı açdım. Düzün desəm, əvvəlcədən qol vuracağımı hiss etmişdim. "Qəbələ"yə gəlməkdə məqsədim qollarımla komandanın uğurlarında pay sahibi olmaq, gözəl nəticələrlə klubun tarixinə düşməkdi". (klub saytı)
