12 avqust 2012 17:06
APOEL Neftçi ilə oyun öncəsi heyətini gücləndirir (FOTO)
Kiprin APOEL klubu Avropa Liqasının pley-off mərhələsinin “Neftçi” ilə oyunları öncəsi heyətini gücləndirməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, Nikosiya klubu eyni şəhərin digər təmsilçisi - “Omoniya”da çıxış edən yunanıstanlı Xristos Karipidisi heyətinə qatmaq üzrədi.
Həm müdafiə, həm də yarımmüdafiə xəttində onamağı bacaran 1982-ci il təvəllüdlü bu futbolçu ilə 2 illik müqavilə bağlamaq nəzərdə tutulub. Lakin hələlik Nikosiya klubları yekun razılığa gələ bilməyiblər. Yaxın günlərdə bu keçidin həll olunacağı və “Neftçi” ilə oyunlara qədər sifariş edilməsi gözlənilir.
Qeyd edək ki, Karipidis 2001-2002 mövsümündə Yunanıstanın “Kavala” (40 oyun), 2002-2003 mövsümündə “Kerkyra” (25 oyun, 2 qol), 2003-2006-da PAOK-da (63 oyun, 2 qol) çıxış edib. 2006-cı ildə isə onu Şotlandiyanın “Hearts” transfer edib. 30 yaşlı futbolçu burda 2009-cu ilə qədər 62 oyun keçirib, 3 qol vurub. 2009-cu ildən çıxış etdiyi “Omonia”da isə 72 oyuna çıxıb (2 qol).
