12 avqust 2012 18:37
APOEL hazırlıqlara sabahdan etibarən start verəcək
UEFA Avropa Liqasının pley-off mərhələsində Azərbaycan çempionu “Neftçi”nin rəqibi olan Kiprin APOEL klubu komandamızla oyunun hazırlıqlarına start verir. Azerisport.az xəbər verir ki, Nikosiya təmsilçisi sabahdan etibarən məşqə çıxacaq.
Qeyd edək ki, bu komandalar arasındakı ilk oyun avqustun 23-də Bakıda, “Dalğa Arena”da keçiriləcək. Cavab görüşü isə bir həftə sonra Nikosiyada oynanılacaq.
