12 avqust 2012 19:14
Azərbaycan təmsilçisi finalda məğlub oldu
Vitebskdə (Belarus) təşkil olunan çimərlik futbolu üzrə beynəlxalq turnirə yekun vurulub. Azerisport.az xəbər verir ki, Azərbaycanı bu turnirdə “Bakı” klubu təmsil edirdi.
Paytaxt klubu finalına vəsiqə qazanmışdı. Həlledici oyunda “Bakı” Belarus yığması ilə üz-üzə gəlib.
Amma final görüşü uğursuz alınıb. 5:3 hesabıyla qalib gələn belaruslular baş mükafata sahib çıxıblar. “Bakı” isə ikinci olub.
Maraq üçün qeyd edək ki, turnirin ən yaxşı hakimi azərbaycanlı referi Əfqan Həmzəyev seçilib.
