12 avqust 2012 12:26

Mahir Şükürov: Qarabağa məğlubiyyətə layiq deyildik

“Neftçi”nin yeni transferi Mahir Şükürov Premyer Liqanın 2-ci turunun “Neftçi” ilə oyunundan (0:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.
 
- Bu, sizin son çempionun heyətindəki ilk oyununuz idi. Amma elə ilk oyundaca məğlubiyyətlə üzləşdiniz...
- Bəs iki gün öncə Çempionlar Liqasında ağır oyun keçirmiş komandadan nə gözləmək olardı ki? Şübhəsiz ki, uşaqlar bu oyuna bir qədər yorğun halda çıxmışdılar. Buna baxmayaraq, onlar sona qədər oynadılar. Əlbəttə, istəməzdik ki, Premyer Liqadakı ilk oyunumuzu məğlub başa vuraq. Amma mövsüm hələ yeni başlayır. Qarşıda çoxlu oyunlar var. Çalışacağıq ki, ciddi hazırlaşaq və yenidən çempion olaq.

- Siz də yeni komandanızda debüt etmək şansı qazandınız...
- Bacardığım qədər çalışdım. Komandaya kömək etmək istəyirdim. Mən “Neftçi”də cəmi üç gündü hazırlıq keçirəm. Buna qədər fərdi qaydada məşq edirdim. Bu, sadəcə formamı itirmək üçün idi. Təbii ki, komanda ilə məşq etmək tamamilə fərqlidi.
 
- Əsas heyətə düşmək çətin olmayacaq ki?
- Bu yeri mənə heç kim zəmanət verə bilməz. Çalışmalıyam. Artıq növbəti oyundan əsas heyətdə yer almaq istəyirəm. Mənim nəsə etməyim üçün 10 dəqiqə azdı.

- Demək olar ki, “Neftçi” hazırda daha çox Avropa Liqasındakı oyunları haqda düşünür?
- Mən belə deməzdim. İstənilən halda biz Premyer Liqanı da düşünməliyik. Ən azı növbəti mövsümdə də avrokuboklarda oynamaq üçün bu, vacibdi. Ümumiyyətlə hesab edirəm ki, biz “Qarabağ”a məğlubiyyətə layiq deyildik.
 
- Avroliqanın pley-off mərhələsinin püşkünü necə qiymətləndirə bilərsiz?
- Bizə daha güclü rəqib də düşə bilərdi. Amma Kipr APOEL-i də zəif komanda deyil. Mən onların İspaniya “Real”ı ilə oyunlarını izləmişəm və bu komandanın nəyə qadir olduğunu bilirəm. “Neftçi”nin adına layiq oyun sərgiləməyə çalışacağıq.

- İlk oyunun Nikosiyadan Bakıya keçirilməsinə dair nə deyə bilərsiz?
- Fərqi yoxdu. Onsuz da bizə həm orda, həm də burda oynamaq lazımdı.
 
- Avroliqa oyunlarına qədər hazır ola biləcəksiz?
- Hazır olmağa borcluyam. Mən “Neftçi”yə kömək etmək üçün gəlmişəm. Baş verənləri kənardan izləmək fikrim yoxdu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.