12 avqust 2012 00:53
İtaliya Superkubokunun qalibi müəyyənləşdi
Futbol üzrə İtaliya Superkubokunun yeni qalibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, həlledici görüşdə son ölkə çempionu “Juventus”la kubokun qalibi “Napoli” üz-üzə gəlib.
Kifayət qədər gərgin və məhsuldar alınan görüşdə hesabı Neapol klubu açıb. “Napoli” bu üstünlüyünü az sonra əldən versə də, fasiləyə yenə qalib yollanıb. Amma ikinci hissədə turinlilər penalti qolu ilə məğlubiyyətdən yaxa qurtarıblar.
Görüşün əsas vaxtının son dəqiqələri çox gərgin keçib. Nəticədə “Napoli”nin heyətində 85-ci dəqiqədə Pandev birbaşa, bundan 5 dəqiqə sonra isə Zuniqa ikinci sarı – qırmızı vərəqə alaraq meydandan qovulub.
Qalibi müəyyənləşdirmək üçün isə əlavə vaxta ehtiyac duyulub. Məhz əlavə 30 dəqiqədə say üstünlüyündən yararlanaraq daha iki qol vurmağı bacaran Turin təmsilçisi superkuboka sahib çıxıb.
Futbol
İtaliya Superkuboku
11 avqust
Juventus – Napoli – 4:2
Qollar: Asamoa, 37, Vidal, 74-pen, Maccio, 97-öz qapısına, Vuçiniç, 102 - Kavani, 27, Pandev, 41.
