13 avqust 2012 00:43
Adrian Pit: Heç kim əminliklə deyə bilməz ki, Neftçi APOEL-i keçə bilməyəcək
“Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Adrian Pit azerisport.az saytına müsahibəsində Premyer Liqanın 2-ci turunun “Kəpəz”lə oyunundakı darmadağından (4:0), gənc qapıçı Orxan Sadıqlının çıxışından danışıb, eləcə də “Neftçi”nin Avropa Liqasının pley-off mərhələsində Kipr APOEL-i ilə duellərdəki şanslarını dəyərləndirib.
- “Xəzər Lənkəran”ın son turda 4 cavabsız qolla qələbə qazanması rəqibin zəifliyindən irəli gəlirdi?
- Məncə, biz daha yaxşı oynadıq. İlk dəqiqələrdən üstünlüyə yiyələndik, rəqibə meydanın bütün hissələrində pressinq tətbiq edirdik. Qələbə istəyimiz də böyük idi. Erkən qol bu yolda bizə daha da əminlik gətirdi. Biz ilk qələbəmizi hələ “Rəvan”la qarşılaşmada qazanmalı idik. Bu qolları da həmin oyunda vurmalıydıq. Sadəcə, hər şey belə alındı.

- Komandanız Premyer Liqanın favoritlərinə də qarşı belə oynamağa hazırdı?
- Bu mövsüm biz çempion olmaq istəyirik. Ötən mövsüm sadəcə bəxtimiz gətirmədi. Halbuki, çempionluğa yaxın idik. Əminəm ki, “Bakı”, “Neftçi”, “İnter” və “Qarabağ”a da qarşı yaxşı oyun sərgiləyə bilərik. Düzdü, rəqiblərimiz gücləniblər. Amma bizim də üstünlüyümüz var. Bu, hazırkı heyətin ötən mövsümdən bir yerdə çıxış etməsi və anlaşma səviyyəsinin yaxşı olmasıdı.

- Amma buna baxmayaraq, “Xəzər Lənkəran” rəhbərliyi də yeni oyunçular almağa hazırlaşır...
- Artıq bu suala mən cavab verə bilmərəm. Mən futbolçuyam. Bizim işimiz meydana çıxıb oyunumuzu oynamaqdı. Rəhbərlik komandaya nə lazım olduğunu daha yaxşı bilər.
- “Xəzər Lənkəran” bu oyunla çempion ola bilər?
- Mövsümə təzəcə başlayıb. İndidən proqnoz vermək çox tezdi. Amma biz Avropa Liqasında sərgilədiyimiz oyunu çempionatda da göstərə bilsək, rəqiblərimizə asan olmayacaq. Düzdü, rəqiblərimiz də oyun planında artırmaqda davam edirlər. Elə bizə də bu mənada durmadan işləmək lazımdı.

- Transferə çıxarılan Kamran Ağayevi əvəzləyən Orxan Sadıqlı barədə nə deyə bilərsiz?
- İlk oyunları o, yüksək səviyyədə keçirdi. Onun böyük gələcəyi var. Orxan özünə inanmılıdı. Bütün komanda bu qapıçını dəstəkləyir. Təbii ki, hər bir oyunçunun çatışmazlıqları var. Bunun da üzərində çalışmaq lazımdı. Sadıqlı hətta Azərbaycan yığmasında da oynayacaq. O Kamrandan da yaxşı qapıçı ola bilər.
- Ola bilsin ki, Ağayev “Neftçi”yə keçsin. Düşünmürsüz ki, bu, əsas rəqibinizin heyətini gücləndirmiş olacaq?
- Kamran Ağayev ölkənin ən güclü qapıçılarından biridi. Ona uğurlar arzulayıram. Bu, futboldu. Onu da başa düşmək lazımdı. Əgər o, “Neftçi”yə keçsə, bunu anlayışla qəbul edəcəyəm.

- Azrərbaycanın avrokuboklarda qalan yeganə təmsilçisi “Neftçi” Avropa Liqasının pley-off mərhələsində Kipr APOEL-i ilə üz-üzə gələcək. Azərbaycan təmsilçisinin şanslarını necə qiymətləndirirsiz?
- Hesab etmirəm ki, Kipr klubuna asan rəqib qismət olub. “Neftçi” yaxşı komandadı. Onlar APOEL-ə də problem yarada bilərlər. Çox şey köklənmədən asılı olacaq. “Neftçi”nin futbolçuları APOEL üzərində qələbəyə inanmalıdılar. Bu komandanın ötən mövsüm Çempionlar Liqasındakı uğurlu çıxışı heç nədən xəbər vermir. Uğura inanmaq lazımdı. Heç kim əminliklə deyə bilməz ki, “Neftçi” APOEL-i keçə bilməyəcək.