13 avqust 2012 01:17
İngiltərə Super Kubokunun qalibi müəyyənləşdi
Futbol üzrə İngiltərə Super Kubokunun qalibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, həlledici görüşdə çempion “Manchester City” ilə kubokun sahibi “Chelsea” qarşılaşıb.
Hesabı 40-cı dəqiqədə Fernando Torres açıb. Lakin iki dəqiqə sonra London klubu azlıqda qalıb. Belə ki, Branislav İvanoviç qırmızı vərəqə alaraq meydanı tərk edib. İkinci yarıya fəal başlayan “Manchester City” 53-cü dəqiqədə Yaya Ture ilə tarazlığı bəra edib. Cəmi 6 dəqiqə sonra Karlos Tevez möhtəşəm qolla hesabı 2:1 edib. 65-ci dəqiqədə Samir Nəsri mançesterlilərin üstünlüyünü iki topa çatdırıb. 80-ci dəqiqədə Rayan Bertrand fərqi minimuma endirsə də, “Chelsea”nin bundan artığına gücü çatmayıb və “Manchester City” 3:2 hesablı qələbəyə sevinib.
Bununla da “Manchester City” 4-cü dəfə İngiltərə Super Kubokunun qalibi olub. “Şəhərlilər” sonuncu dəfə 1972-ci ildə dəfə Super Kubokun qalibi olmuşdu. “Chelsea” isə 4 dəfə bu koboka sahib çıxıb.
İngiltərə Super Kuboku
12 avqust
Chelsea - Manchester City – 2:3
Qollar: Torres, 40, Bertrand, 80 – Ture, 53, Teves, 59, Nəsri, 65.
