13 avqust 2012 13:28
Yığma komandamızın planları dəyişdi
Futbol üzrə Azərbaycan milli komandasının Bəhreyn yığması ilə oyun ərəfəsində keçirəcəyi mətbuat üçün açıq məşqin vaxtı dəyişdirilib. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, mətbuat üçün açıq məşq bu gün saat 18:00-da, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək.
