13 avqust 2012 13:35
Azərbaycan çempionunun üçüncü rəqibi müəyyənləşdi
Futzal üzrə UEFA kubokunun əsas mərhələsində mübarizə aparacaq təmsilçimiz "Araz" klubunun son rəqibi də müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu, ilkin seçmə mərhələnin C qrupunda birinci yeri tutmuş İrlandiyanın EID Futsal komandasıdı.
Xatırladaq ki, bu il iyulun 4-də İsveçrənin Nyon şəhərində təşkil olunmuş püşkatma mərasimində "Araz"ın futzal üzrə UEFA kubokunun əsas mərhələsinin 6-cı qrupunda çıxış edəcəyi müəyyənləşmişdi.
Beləliklə, 6-cı qrupda "Araz" Hollandiyanın "Endhoven", Macarıstanın "Györ" və İrlandiyanın EID Futsal klubları ilə mübarizə aparacaq.
