13 avqust 2012 01:28
Galatasaray Super Kubok oyununda da Fenerbahçedən güclü oldu
Futbol üzrə Türkiyə Super Kubokunun qalibi bəlli olub. Azerisport.az xəbər verir ki, həlledici oyunda son mövsüm Super Liqanın qalibi adını qazanan “Galatasaray” və kubokun sahibi “Fenerbahçe” üz-üzə gəlib.
Kifayət qədər məhsuldar alınan görüşdə beş qol vurulub. Fasiləyə 1:1 hesabı ilə yollanan komandaların duelində ikinci hissədə daha 3 qol vurulub. Matçın 66-cı dəqiqəsində "Fenerbahçe"nin qolundan sonra oyunda fasilə yaranıb. Qolun vurulmasına etiraz edən "Galatasaray"lı Engin Baytar meydandan qovulub. Lakin buna baxmayaraq, son dəqiqələrdə penalti qazanan “sarı-qırmızılar” qələbə topunu vurmağı bacarıblar.
Beləliklə, rəqibini 3:2 hesabı ilə məğlub edən "Galatasaray" Super Kubokun qalibi adını qazanıb.
Türkiyə Super Kuboku
12 avqust
Galatasaray – Fenerbahce – 3:2
Qollar: U.Bulut, 19; 58, S.İnan, 90-pen - Aleks, 45+3, Kuyt, 66.
