13 avqust 2012 13:56
Qarabağ və Bakının oyunçuları baş məşqçisiz qaldı
Futbol üzrə Makedoniya yığması baş məşqçisiz qalıb. Azerisport.az xəbər verir ki, komandanın uesli çalışdırıcısı Con Toşak istefa verib.
O, bu qərarını Makedoniya Futbol Federasiyasının yeni prezidenti İlko Georgievski ilə görüşündən sonra açıqlayıb. Tərəflər görüş zamanı müqavilənin qarşılıqlı şəkildə pozulmasına qərar veriblər.
Toşak istefa qərarını fikir ayrılığı ilə izah edib. Belə ki, qurum başçısı İspaniyada yaşayan mütəxəssisin Makedoniyaya köçərək futbolun inkişafına xidmət etməsini istəyib. Uelsli isə bununla razılaşmadığından istefa verib.
Qeyd edək ki, Con Toşak Makedoniya yığmasına rəhbərlik etdiyi dönəmdə Azərbaycanda çıxış edən İqor Mitreski (Neftçi), Slavço Georgievski (əvvəl “Neftçi”, indi “İnter”), Robert Petrov (AZAL transferə çıxarıb), Muarem Muarem (Qarabağ), həmçinin “Bakı”nın yeni qaçısı Edin Nuredinoskini yığma çağırıb.
