13 avqust 2012 14:09

Nazir Azərbaycanda baş tutacaq dünya çempionatı ilə bağlı tapşırıqlar verdi

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində nazir Əli Abbasovun rəhbərliyi ilə Bakı və Lənkəran şəhərlərində keçiriləcək 17 yaşına qədər olan qadınlar arasında futbol üzrə dünya çempionatının final mərhələsinin telekommunikasiya və informasiya texnologiyaları xidmətlərinin, radio-televiziya verilişlərinin yayımının dayanıqlı işinin təmin olunması istiqamətində görülən işlərlə bağlı iclas keçirilib. Azerisport.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat verib.
 
İclasda çempionat keçiriləcək “Tofiq Bəhramov”, “Şəfa”, “Dalğa”, 8-ci KM, Bayıl və Lənkəran stadionlarında, AFFA və FİFA-nın baş ofislərində və çempionatla əlaqədar olan mərkəzlərdə müasir standartlara cavab verən telekommunikasiya və informasiya texnologiyaları xidmətlərinin təşkili barədə məlumat verilib.
 
Çempionatın final mərhələsinin keçirilməsinə tələb olunan telekommunikasiya və informasiya texnologiyaları xidmətlərinə, həmçinin radio-televiziya yayımına olan tələblərin bir daha dəqiqləşdirilməsi zəruri hesab edilib. Çempionatın keçiriləcək müddətdə stadionların və digər zəruri ofis və mərkəzlərin stasionar və mobil (o cümlədən 3 və 4G) telefon, simli və simsiz internet, İSDN xidmətlərin təşkili üçün ən müasir avadanlıqların istifadəsi barədə aidiyyəti üzrə tapşırıq verilib.
 
Çempionatın keçiriləcəyi dövrdə mehmanxanalarda, hava limanında və digər zəruri obyektlərdə keyfiyyətli internet xidmətlərinin təmin edilməsinin vacibliyi qeyd edilib.
 
Sonda nazirlikdə yaradılmış “Qərargah”ın fəaliyyətinin gücləndirilməsi, çempionatın keçirilməsinə qalmış vaxtdan səmərəli istifadə olunaraq nəzərdə tutulan tədbirlərin icrası, həmçinin qarşıya çıxan problemlər barədə mütəmadi məruzələr edilməsi ilə bağlı “Qərargah”a, birlik və müəssisələrin rəhbərlərinə, həmçinin özəl operatorlara müvafiq tapşırıqlar verilib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.