13 avqust 2012 14:37
"Məqsədim Neftçinin əsas komandasında oynamaqdı"
"Neftçi"nin əvəzedici komandasının futbolçusu Fəhmin Muradbəyli klubun rəsmi saytı üçün danışıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
"Ötən tur "Qarabağ"la keçirilmiş oyunda böyük hesablı qələbə qazandıq. Sevinirəm ki, bu qarşılaşmada qol vurub komandamızın uğurunda pay sahibi oldum. Mənə şans verdiklərinə görə məşqçilər heyətinə minnətdaram. Məqsədim isə əsas komandada oynamaqdı".
