13 avqust 2012 15:02
Ölkə çempionu Qəbələ ilə oyunun hazırlıqlarına başladı
"Neftçi"nin əvəzedici komandası ölkə çempionatının növbəti turu "Qəbələ" ilə keçirəcəyi matçın hazırlığına start verib. Azerisport.az xəbər verir ki, Elşad Əhmədovun baş məşqçisi olduğu komanda bu gün klubun bazasında məşq edib.
Yüngül qaçışla başlanan hazırlıq daha sonra toplu çalışmalarla davam edib. Xatırladaq ki, əvəzedici komandamız ötən mövsüm məhz "Qəbələ" klubunu qabaqlayaraq ölkə çempionatın qızıl medallarına sahib olmuşdu.
